Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Babayev Ağaşirin Feruz oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub

20 noyabr 2021 | 04:00

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Babayev Ağaşirin Feruz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri tərəfindən Ağaşirin Babayevin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin valideynləri şəhid ailələrinin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirmiş, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və aparılan islahatlara görə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər