Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü münasibəti ilə onlayn iclas keçirilib

18 noyabr 2021 | 16:00

18 Noyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu il dönümü munasibəti ilə idarə heyəti şurasının üzvlərinin, ilk təşkilat sədrlərinin və fəalların iştirakı ilə onlayn formatda iclas keçirilib. Onlayn iclasda rayon təşkilatının sədri Abil Ağasəfov iclas iştirakçılarını, bütün YAP üzvlərini təbrik etmişdir. Çıxışında Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş qələbə və zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı yolunda əvəzsiz xidmətlərindən bəhs etmişdir. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının üzvləri Ceyhun Əhmədov, Sona Həsənova, Ruslan İsmayılov, Mələkxanım İsayeva və Fuad Abduləliyev çıxış etmişdir.

 

Keçidlər