Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Abuşov Bəhruz Zabit oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub

12 noyabr 2021 | 04:00

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Abuşov Bəhruz  Zabit oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları tərəfindən Bəhruz Abışovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Həmçinin şəhidin xatirəsinə Nohurqışlaq kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur.Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və aparılan islahatlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər