Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə kompleksi inşa edilib

10 noyabr 2021 | 16:00

Qəbələ rayonunun Əmirvan kəndində Vətən müharibəsində şəhadətə yüksələn şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş xatirə kompleksinin açılışı olub. Kompleksdə Vətən müharibəsində canından keçərək şəhidlik  zirvəsinə ucalan Əmirvan kəndindən olan qəhrəman oğulların  xatirə lövhələri yerləşdirilib. Açılış tədbirində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri, təhsil aldıqları məktəblərin kollektivləri  və kənd camaatı iştirak ediblər. Çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər