Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Şöhrət Mikayılovun ailəsi evində ziyarət olunub

25 oktyabr 2021 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Şöhrət Mikayılovun ailəsini evində ziyarət edərək ailənin mövcud problemləri ilə maraqlanmışlar. Şöhrət Mikayılovun  hərbi əməliyyatlarda göstərdiyi igidliyə, vəzifə borcunu və döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təltif edildiyi  "Şücaətə görə" medalı şəhidin atasına təqdim edilmişdir. Valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlarlıqlarını bildirmişlər.

Keçidlər