Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsində göstərdikləri igidliyə görə Qəbələ rayonundan olan hərbiçilərə və şəhidlərin ailə üzvlərinə medallar təqdim edilmişdir

13 oktyabr 2021 | 09:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Vətən  müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan hərbiçilərə və şəhidlərin ailə üzvlərinə medalların təqdim olunması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş rayonumuzdan olan şəhidlərin ailə üzvlərinə və vətən müharibəsi iştirakçılarına medallar təqdim olunmuşdur.  Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Vətən müharibəsində qazanılan Qələbədən danışmış, müharibə iştirakçılarını təbrik edərək, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışlar. Müharibə iştirakçıları və şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər