Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ regional “ASAN xidmət” mərkəzində satış-sərgi keçirilmişdir

14 sentyabr 2021 | 08:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə kömək məqsədilə yaradılmış “YAŞAT” Fondu, Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib. Tədbirdə “YAŞAT” Fondunun, Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, sahibkarlar, Vətən müharibəsi qaziləri və şəhid valideynləri  iştirak ediblər. Sərgidə Qəbələ regional “ASAN xidmət” mərkəzinin könüllüləri və gənc könüllülər tərəfindən hazırlanmış ağac üzərində oyma işləri, sulu və yağlı boya ilə çəkilmiş rəsmlər nümayiş etdirilib. Tədbirdə çıxış edənlər 44 günlük müharibədə qazanılmış böyük qələbədən, şəhid ailələrinə, qazi və iştirakçılara göstərilən dövlət qayğısından və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yaradılan “Yaşat Fondu”nun gördüyü işlərdən danışmışlar.  Sonda satış-sərgiyə baxış keçirilmişdir. Sərginin keçirilməsindən əldə edilən ianələr  şəhid ailələri və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsinə yönəldiləcəkdir. Tədbirdə müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlar bildirilmişdir.

Keçidlər