Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi iştirakşılarına və şəhid ailələrinin üzvlərinə medallar təqdim edilmişdir

14 sentyabr 2021 | 05:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Vətən  müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan hərbiçilərə və şəhidlərin ailə üzvlərinə medalların təqdim olunması ilə bağlı tədbir keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində keçirilən tədbirdə Qəbələ RİH-nin nümayəndəsi, vətən müharibəsi iştirakçıları və şəhidlərin ailə üzvləri iştirak etmişdir. Vətən müharibəsi zamanı rayonumuzdan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 6 şəhidin ailə üzvülərinə və 115 vətən müharibəsi iştirakçılarına medallar təqdim olunmuşdur. Müharibə iştirakçıları və şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər