Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub

08 sentyabr 2021 | 06:00

Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış hərbi həkim Ənvərli Aqşin Faiq oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı münasibətilə tədbir keçirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhidin ailə üzvləri, təhsil aldığı məktəbin kollektivinin və döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən, şəhid Aqşin Ənvərlinin döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlarından söz açmışlar. Şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər