Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Aprel şəhidi Sahil Şirinovun anım günü qeyd edilmişdir

22 iyun 2021 | 16:00

Bu gün 2016-cı ilin Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş Bum qəsəbə sakini, leytenant Şirinov Sahil Həsrət oğlunun doğum günüdür.
Qəbələ rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsinin nümayəndələri, şəhidin  təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Sahil Şirinovun məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoyaraq, xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər