Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid polkovnik-leytenant Bəhruz Abuşovun anım günü qeyd edilmişdir.

19 iyun 2021 | 08:00

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin- Nohurqışlaq kənd sakini, Abuşov Bəhruz Zabit oğlunun doğum günüdür.
Qəbələ rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Gənclər və İdman idarəsinin əməkdaşları, şəhidin  təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları və ailə üzvləri Bəhruz Abuşovun məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər