Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənclərin asudə vaxtlarının səmərəli keçirməsi” ilə əlaqədar basketbol üzrə rayon turniri keçirilib

19 iyun 2021 | 06:00

Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 iyun 2021-ci il tarixdə gənclər arasında basketbol idman növü üzrə rayon turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, həmçinin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması, həmçinin yeniyetmələrin idman ustalıqlarının artırılmasından ibarətdir.  Yarışı giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açaraq iştirakçıları salamlamış, yarışın keçirilməsinin məqsəd və vəzifələri haqqında danışmış və komandalara uğurlar arzulamışdır. Turnirin sonunda Mirzəbəyli kənd komandası I yerə, Həmzəli tam orta məktəbin komandası II yerə və Həmzəli 2  komandası III yerə layiq görülmüşlər. Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər