Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Təhsil Şöbəsində 31 mart azərbaycanlıların soyqırım günü münasibətilə onlayn anım tədbiri keçirilmişdir.

01 aprel 2021 | 08:00

31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Qəbələ Rayon Təhsil Şöbəsində onlayn tədbir keçirilmişdir. Tədbirdə ümumtəhsil məktəblərinin  müəllimləri, təşkilatçı müavinlər və yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə metodik kabinetin müdiri Camal Qurbanov açaraq ermənilər tərəfindən Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə məruz qaldığını qeyd etmişdir.
Sonra isə ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında şeirlər səslənmişdir. Tədbirdə çıxış edənlər ermənilərin əsrlər boyu azərbaycanlılara yaşatdıqları vandalizmə, mədəni, tarixi abidələrimizə qarşı törədikləri vəhşiliklərə toxunmuş, Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərdən danışmış və Azərbaycan xalqına yaşatdığı qələbə sevincinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər