Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsində yaralanmış qazilərimiz Novruz bayramı münasibətilə ziyarət edilmişlər.

17 mart 2021 | 16:00

Qəbələ rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış qazilər Novruz bayramı münasibətilə evlərində ziyarət edilmiş, onlara bayram sovqatı çatdırılmışdır. Görüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şərəfli qələbədən, qəhrəman döyüşçülərin igidliklərindən söhbət açılmış, həmçinin onları narahat edən məsələlər dinlənilmişdir. Gənc könüllülərin də iştirak etdiyi görüşdə qazi və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər