Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsində şəhid olmuş Təbriz Qasımovun məzarı ziyarət edilmişdir.

17 fevral 2021 | 08:00

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yemişanlı kənd sakini Təbriz Qasımovun doğum günüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları, Təbriz Qasımovun təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri şəhidin məzarını ziyarət etmişlər. Şəhidin əziz xatirəsi ehtiramla yad edilərək məzarı üzərinə tər güllər düzülmüş, ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri Vətən müharibəsi şəhidlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər