Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda vətən müharibəsində yaralanmış qazilərimiz ziyarət edilib.

22 yanvar 2021 | 11:00

Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Vətən müharibəsi zamanı yaralanan qazilər- Bum qəsəbə sakini Alyarov Tahir Mikayıl oğlu, Mirzəbəyli kənd sakini Seyidov Nurlan Tərlan oğlu və Yemişanlı kənd sakini Yaradov Elməddin Mürvət oğlu evlərində ziyarət edilmişlər. Görüşdə, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açılmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi naminə döyüşmüş və yaralanmış qazilərlə görüş zamanı onları narahat edən problemlər öyrənilmiş və həlli istiqamətində tədbirlər nəzarətə götürülmüşdür. RİH tərəfindən onlara ərzaq sovqatı verilmiş, qazilər və ailə üzvləri Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər