Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə reydlər və marifləndirmə tədbirləri davam etdirilir.

27 oktyabr 2020 | 10:00

26  oktyabr 2020-ci il tarixində rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirimişdir. Mobil qruplar tərəfindən sakinlərlə marifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. Sosial məsafənin saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 66 ticarət və 69 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 4 nəfər rayon sakininə və 1 nəfər iticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Pandemiyaya qarşı mübarizə tədbirləri mütəmadı olaraq davam etdiriləcək.

Keçidlər