Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

17 oktyabr 2020 | 10:00

16 oktyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının  alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilib. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və karantin qaydalarına tam əməl edilməsi üçün lazımi tədbirlər görülmüşdür. Vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilib. Gün ərzində ümumilikdə 37 ticarət və 55 digər obyektə baxış keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər ticarət, 3 nəfər ictimai iaşə obyektinin, 1 nəfər avtotəmir sexinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reydlər və maarifləndirmə tədbiləri davam etdiriləcək.

Keçidlər