Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Könüllülər kuboku” uğrunda atletika üzrə rayon yarışı keçirilib.

19 sentyabr 2020 | 06:00

Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 18 sentyabr 2020-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində atletika üzrə “Könüllülər kuboku” yarışı keçrmişdir. Yarışın keçirilməsində məqsəd  gənclər arasında sağlam həyat tərzi və idman yarışları vasitəsilə sosial fəaliyyətin artırılması, atletika idman növünün geniş yayılmasına nail olmaq, bu idman növü üzrə ustalığın artırılması və rayonun yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarətdir. Yarışın açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək  yarışın məqsəd və vəzifələri haqqında məlumat  vermiş, ölkəmizdə idmana göstərilən hərtərəfli dövlət qayğısından söhbət açaraq komandalara uğurlar arzulamışdır. Yarış Beynəlxalq  Atletika  Federasiyasının qaydalarına əsasən  4x100 metr (estafet) və 400 metr məsafədə qaçış növləri üzrə keçirilmişdir. Yarışın yekun nəticəsinə əsasən estafet mərhələsində Mirzəbəyli kənd komandası I yeri tutmuşdur. 400 metr məsafəyə qaçışda isə Kamran Muradov I yeri, Nicat Qiyasov II yeri və Rəhman Əsgərov III yeri tutmuşdur. Yekunda I, II və III yeri tutmuş idmançılara və komandalara Gənclər və İdman idarəsinin  diplomları təqdim edilmişdir.

Keçidlər