Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə məktəbəqədər təhsil müəssisələrində geniş təmizlik və dezinfeksiya işləri görülmüşdür.

15 sentyabr 2020 | 02:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində fəaliyyəti dayandırılmış bütün məktəbəqədər təhsil müəssisələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 312 nömrəli qərarına əsasən fəaliyyəti əyani şəkildə 15 sentyabr 2020-ci il tarixdən  təmin ediləcəkdir. Bu məqsədlə Qəbələ rayonunda fəaliyyət göstərən 23 məktəbəqədər təhsil müəssisəsində geniş təmizlik və dezinfeksiya işləri aparılmış, müəssisələr lazımi dezinfeksiyaedici vasitələrlə (spirt, elektron hərarət ölçən, əlcək və s.) təmin olunmuş və bağçaların işçi heyətlərinin tibbi müayinədən keçirilməsi ilə bağlı zəruri tədbirlər görülmüşdür. Məktəbəqədər təhsil müəssisələri uzun müddətdir bağlı olan qapılarını yenidən körpələrin üzünə açaraq onları öz ağuşuna alacaqdır.

Keçidlər