Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində reydlər və digər təxirəsalınmaz tədbirlər davam etdirilir.

01 avqust 2020 | 16:00

01 avqust 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının  alınması məqsədilə əhali arasında maarifləndirmə işləri, karantin qaydalarına riayət olunmasına nəzarət  üçün tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılmışdır. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 41 ticarət obyektinə və 63 digər obyektə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər Baki şəhər sakini 200 manat, 6 nəfər ictimai iaşə, 13 nəfər isə tiarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.

Keçidlər