Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dezinfeksiyaedici və qoruyucu vasitələr paylanılıb.

30 iyun 2020 | 16:00

Qəbələdə koronavirusla mübarizə məqsədilə dezinfeksiya və təmizlik işləri davamlı olaraq həyata keçirilir. Bu işləri həyata keçirən təşkilatların işçilərini maska, əlcək, təmizləyici vasitələr və yuyucu maddələrlə təmin olunması daima diqqətdə saxlanılır. Bu məqsədlə Qəbələ Qızıl Aypara Bölməsi tərəfindən “Bir damın altında ümidlə sabaha” layihəsi çərçivəsində hazırlanmış ”Ümid 2020” gigiyenik paketləri Rayon Kommunal Müəssisəsinin və 11 saylı Yol İstismar İdarəsinin işçilərinə iş üstündə paylanılıb və virusdan qorunma qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.

Keçidlər