Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri qızıl və bürünc medallara layiq görülüblər.

21 iyun 2020 | 02:00

İstedadlı  şagirdlərin  aşkar  edilməsi,  onlarda  fənlərin  dərindən  öyrənilməsinə  marağın  artırılması,  bilik  və  bacarığı,  eləcə  də  çalışqanlığı  ilə  seçilən  şagirdlərin  qiymətləndirilməsi  məqsədi  ilə  hər  il  Təhsil  Nazirliyi  tərəfindən  8  fənn  üzrə  olimpiadalar  keçirilir. 2019-2020-ci  tədris  ili  ərzində  olimpiadanın  rayon  mərhələsində  552  nəfər  şagird  iştirak  etmiş,  onlardan  98  nəfəri  zona  mərhələsində  iştirak  etmək  hüququ  qazanmışdır.  Gərgin  keçən  bilik  yarışmasında  8  nəfər  Qəbələ  məktəblisi  Respublika  turuna  vəsiqə  almışdır. Mövcud  vəziyyətlə  bağlı  ilk  dəfə  olaraq  final  mərhələ  bölgələrdə  keçirilmişdir. İyun  ayının  9-da  Qəbələ  şəhərində  keçirilən  bilik  yarışmasında  4  nəfər  məktəbli , Vəndam  qəsəbə  1 saylı  tam  orta  məktəbin XI  sinif  şagirdi Əsgərli  Zeynəb - Azərbaycan  dili fənnindən qızıl  medal, Nohurqışlaq  kənd  tam  orta  məktəbin XI  sinif şagirdi  Məsimov  İsmayıl - Kimya fənnindən, Mamaylı  kənd  tam  orta  məktəbin XI  sinif şagirdi Ədilova  Xalidə -  Biologiya fənnindən, Nohurqışlaq  kənd  tam  orta  məktəbin XI  sinif şagirdi   Abuşova Məleykə  Coğrafiya fənnindən  bürünc medallara layiq görülüblər.

Keçidlər