Şriftin ölçüsü :

Saytın rəngi :

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi

Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir. Hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” otel kompleksi üç otel binasından, SPA-mərkəzdən, əyləncə parkından ibarət olmaqla, yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə adıçəkilən otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi, bütün fəsillərdə ekskursiya və digər aktiv istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir.

  • “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, otel (mehmanxana) və digər xidmətləri təklif edir;
  • Kompleksin inşası 2 mərhələdən ibarətdir. 1-ci mərhələnin inşasına 2012-ci ilin may ayında başlanmış, tamamlanması 2014-cü ilin oktyabr ayına planlaşdırılmışdır. 2-ci mərhələnin inşası 2014-cü ilin yazında başlayacaqdır;
  • Birinci mərhələdə planlaşdırılmış 4 kanat xətti tam inşa edilmiş, 10 xizək yolundan 5-də əsas inşaat işləri başa çatmış və digər işlər mərhələli şəkildə həyata keçirilir;
  • Bu qış mövsümündə kanat xətlərində gəzinti, hazır olan yollarda xizəklə sürüşmək, xizəklə sürüşmə təlimi, iaşə xidmətləri həyata keçiriləcəkdir;
  • Kompleks, xidmətlərindən istifadə etmək istəyən hər bir müştərini qəbul etməyə hazırdır. Bu xidmətlərdən fərdi və kollektiv qaydada mövcud olan bütün vasitələrlə (birbaşa, telefon, internet və digər) müraciət edərək istifadə etmək məqbuldur;
  • Xidmətlərimizdən istifadə edəcək hər bir təşkilat və ayrı-ayrı şəxslərlə sıx əməkdaşlıq etmək niyyətindəyik;
  • Kompleksin rəsmi açılışından sonra təbliğat, təşviqat, marketinq və digər məsələlər təcrübəli əməkdaşlarımız tərəfindən həyata keçiriləcək;
Xizək yolu sistemi

Trassa – treyl (yol – cığır) sistemi hər bir qonağın onun üçün məqbul olan enmə zolağını, mailliyini və çətinlik dərəcəsini (yüksək, orta və ya aşağı çətinlik dərəcəsi) seçmək üçün nəzərdə tutulmuşdur. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərdə müsbət təcrübənin formalaşmasına xidmət edəcəkdir. 
Dağ-xizək idmanı bazasında enmə marşrutlarının seçimində bu cür sistemin tətbiqi qəza hallarının sayını azaltmaqla, xizək sürənlərin bacarıqlarının kompleks qiymətləndirilməsinə xidmət edəcəkdir. 

Dağ-xizək lift (enmə-qalxma) sistemi

Dağ-xizək liftləri (qaldırıcılar) hava şəraiti (küləyin sürəti və istiqaməti), yamacdan enmə imkanları, xizək sürənlərin digər trassalardan aralı hərəkət etmə imkanları nəzərə alınmaqla, qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, yamaclarda şaquli hündürlük fərqləri və dağ-xizək liftlərinin uzunluğu dağ-xizək zonasının rəqabət qabiliyyətinin əsas meyarlarından hesab olunur. 
Xizək yolu sistemi hər bir qonağın ümumi uzunluğu 17 km-dən artıq olan enmə zolağında onun üçün məqbul hesab edilən enmə mailliyini və çətinlik dərəcəsini (orta və ya aşağı çətinlik dərəcəsi) seçmək üçün nəzərdə tutulmuşdur.

Ad

Uzunluq
(km)

Çətinlik

Maillik bucağı %

İnşaatın vəziyyəti

1

P1

2.20

qırmızı

25 -- 40

 

2

P2

1.25

qara

> 40

 

3

P3

0.90

qara

> 40

 

4

P4

1.40

qara

> 40

 

6

P5

1.05

qırmızı

25 -- 40

 

7

P6

1.00

qara

> 4 0

 

8

P7

2.20

qırmızı

25 -- 40

 

9

P8

1.37

asan (göy)

< 25

Tam hazır

10

W1

2.54

asan (göy)

< 25

 

11

W2

3.15

asan (göy)

< 25

 

Yamaclar “Everest” markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyilə möhkəmləndirilir.

Qar generasiyası (süni qarın yaradılması) sistemi

Qeyd olunan ərazidə təbii (natural) qar örtüyünün olmaması (xüsusən də qış fəslinin əvvəlində) və qışın orta temperaturunun donma nöqtəsinə çatması  ehtimalından irəli gələrək və havanın nisbi rütubəti 80%-ya çatması şəraitində bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qar yaratma (generasiya) sistemi ilə təchiz edilməsi qərara alınmışdır. Havanın temperaturu -20 olduğu halda belə süni qar yaradan avadanlığın istismarı müddətində nəzərdə tutulmuşdur ki, mövcud şəraitdə ərazidə lazımi miqdarda qar kütləsinin yaradılmasına nail olunacaqdır.

Qar generasiya sistemi aşağıdakılardan ibarətdir:
EVO tipli 60 ədəd süni qar yaradan qurğular; 
Fa540 tipli  35 ədəd qar yaradan qurğular;  
80 ədəd qar generasiya boruları; 
3 ədəd nasos stansiyası; 
Aşağıdakı parametrli bir süni göl:

·                         su tutumu 80.000 m3;

·                         uzunluğu – 145 metr;

·                         eni – 120 m;

·                         hündürlüyü – 10 m.

Kanat yolları sistemi

Xizək trassaları xizək sürənlərin və digər qonaqların ərazinin əlçatmaz sahələrinə ən məqbul üsulla çatdırılması üçün nəzərdə tutulmuşdur. 
LEITNER Ropeway şirkətinin istehsalı olan 5,8 km-lik avadanlıqlar aşağıdakılardan ibarətdir:

·                         Kanat yolu  L2 – “Riverside”

Hündürlüyü dəniz səviyyəsindən (0):  956 m - 1660 m
Uzunluğu: 2,50 km
Bir kabinin yük götürmə qabiliyyəti: 640 kq
Maksimal tutumu / sərnişin daşıma qabiliyyəti: 2165 nəfər /saat 
Sərnişin daşıma vasitələrinin ümumi sayı: 74 kabina 
Maksimal sürət: 6 m/s

·                         Kanat yolu L4 – “Qəbələ”          

Hündürlüyü dəniz səviyyəsindən (0): 1251 m - 1660 m 
Uzunluğu: 1,0 km
Bir kabinin yük götürmə qabiliyyəti: 640 kq
Maksimal tutumu / sərnişin daşıma qabiliyyəti: 2200 nəfər/saat
Sərnişin daşıma vasitələrinin ümumi sayı: 35 kabina
Maksimal sürət: 6 m/s

·                         Kanat yolu L5 – “Duruca”       

Telemiks 1 (bir qaldırıcı qurğu üzərində quraşdırılmış avtomatik ayrılan oturacaqlar): 
Hündürlüyü dəniz səviyyəsindən (0):   1251 m - 1410 m
Uzunluğu: 1,17 km
Bir kabinin yük götürmə qabiliyyəti: 640 kq
Maksimal tutumu: 1800 nəfər/saat 
Daşıyıcı vasitələrin ümumi sayı: 21 oturacaq + 21 kabina
Maksimal sürət: 5 m/s

                       Kanat yolu L6 – “Yatmış gözəl” 

Telemiks 2 (bir qaldırıcı qurğu üzərində quraşdırılmış avtomatik   ayrılan oturacaqlar):
Hündürlüyü dəniz səviyyəsindən (0): 1410 m - 1920 m
Uzunluğu: 1,13 km
Bir kabinin yük götürmə qabiliyyəti: 640 kq
Maksimal tutumu: 1800 nəfər/saat
Sərnişin daşıma vasitələrinin ümumi sayı: 20 oturacaq + 20 kabina
Maksimal sürət: 5 m/s

K/X

Uzunluğu (km)

Kanatın hündürlük səviyyəsi

Sürəti

Kabinlərin sayı

baş.

son.

fərq

m/san

km/saat

1

L2

2.50 km

956

1660

704

6

21.6

74

2

L4

1,0 km

1251

1660

409

6

21.6

35

3

L5

1,17 km

1251

1410

159

5

18

21 + 21

4

L6

1,13 km

1410

1920

510

5

18

20 + 20

Dağ-xizək idmanı və istirahət kompleksində xidmətlərin göstərilməsi

Dağ-xizək idmanı və istirahət kompleksinin 3000 nəfərə xidmət göstərmək hesabı ilə yaradılması nəzərdə tutulmuşdur.
Servis xidmətlərinə aşağıdakılar daxildir: 
Restoran: qidalanma, restoran və kafeteriyalar (North Peak Restaurant; South Peak Cafe)   
Mətbəx / tullantı sahəsi: qida hazırlığı, saxlanması, tullantıların kənarlaşdırılması üçün sahə; 
Bar/ istirahət zonası;


  Stansiyanin adı

Ümumi sahə
(m2)

Tikinti sahəsi

Stansiyanın sahəsi

Kafe (m2)

1

Riverside aşaqı

12800

 

101,8

2

Qəbələ (aşağı stansiya)

 

 

 

3

Qəbələ (yuxarı stansiya)

 

 

1858.73

4

Duruca (yuxarı stansiya)

 

 

 

İstirahət otaqları: Ərazidə qadınlar, kişilər və xidməti heyət üçün ayrıca istirahət otaqları nəzərdə tutulmuşdur. 
Qonaqlar üçün xidmətlər: Bütün xidmət növləri informasiya lövhələrində (köşklərində) əks olunacaqdır. 
Xizək məktəbi (böyüklər üçün): 
İcarə / Təmir sahələri: icarə mağazaları, təmir xidmətləri və uyğunlaşdırılmış saxlanc zonaları; 
Xizək məktəbi (uşaqlar üçün): Uşaqlara qayğı / uşaq otaqları, oyun meydançaları, otaqların bronlanması, qidalanma sahələri; 
Pərakəndə satış: pərakəndə satış obyektləri və saxlama kameraları. 
Bilet satışı: bilet satışı, fəsillər üzrə satış və bununla əlaqəli ofis sahələri.
İctimai saxlanc yerləri (seyflər, rəflər);
Dağ-xizək patrulu / İlkin yardım xidməti: tibb məntəqəsi;
Müdiriyyət  / Əməkdaşlar. 

Xizək və xizək vasitələrinin icarəsi

 

Vasitənin adı

MÜDDƏTDƏ QİYMƏTİ (AZN)

 

1/2 gün

1 gün

2 gün

3 gün

4 gün

5 gün

6 gün

7 gün

MÖVSÜMİ

1

Xizək

7

10

18

23

27

30

33

35

200

2

Ayaqqabı

7

10

18

23

27

30

33

35

200

3

Şalvar

3

5

8

10

12

14

16

18

100

4

Gödəkcə

3

5

8

10

12

14

16

18

100

5

Əlcək

1

2

3

4

5

6

7

7

15

6

Eynək

3

5

8

10

12

14

16

18

100

7

Dəbilqə

2

4

7

9

10

12

14

15

80

Bütün xizək vasitələri

26

41

70

89

105

120

135

146

795

20 %-li GÜZƏŞTLƏ

21

33

56

71

84

96

108

117

636

Xizək sürmək

10

15

28

39

48

55

60

63

300

CƏMİ

31

48

84

110

132

151

168

180

936

QEYD: Müştəri 6 yaşdan kiçik, 70 yaşdan böyük olduqda 30% dəyərində, xizək və xizək vasitələrini dəst icarəyə götürdükdə 20 % dəyərində GÜZƏŞT EDİLİR. 
İCARƏYƏ GÖTÜRÜLMÜŞ VASİTƏLƏRƏ VURULMUŞ ZƏRƏRİN DƏYƏRİ CAVABDEH ŞƏXS TƏRƏFİNDƏN TAM MƏBLƏĞDƏ ÖDƏNİLİR!

Kanat xətlərində gəzinti

Kanat xətti

Uzunluğu
(m)

Səviyyəsi (m)

Qiyməti (AZN)

baş.

son.

6 yaşdan kiçik

6 yaşdan böyük

1

 

L2

2500,0

956

1660

Pulsuz

20

2

 

L4

1000,0

1251

1660

3

 

L5

1170,0

1251

1410

4

 

L6

1130,0

1410

1920

5

 

L4 və L5

2170,0

 

 

6

 

L2 və L4

3500,0

 

 

7

 

L2, L4 və L5

4670,0

 

 

8

 

L2, L4, L5 və L6

5800,0

 

 

Xizək təlimin qiyməti

 

Təlim müddəti
(saat)

MÜŞTƏRİ

 

6 yaşdan kiçik

6 yaşdan böyük

1

Fərdi

1

20

50

2

30

75

3

45

100

2

Qrup

1

3

10

2

6

18

3

8

25

QEYD: Qrup üçün müəyyən edilmiş bir məşğələ 5-15 nəfər üçün nəzərdə tutulmuşdur. 
Qrupun tərkibi 5 nəfərdən az olduqda məşğələnin dəyəri fərdi məşğələyə bərabər ödənilir. 
MƏŞĞƏLƏ MÜDDƏTİNDƏ XİZƏK MÜƏLLİMİNİN TƏLƏBLƏRİNƏ TABE OLMAQ HƏR BİR TURİSTİN BORCUDUR!

Əlaqə

Tel:

+994 50 557 44 05

 

+994 51 557 44 05

 

+994 2420 54555

Fax:

+994 2420 54554

Mail:

info@tufandag.az

 

Keçidlər