Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzi

Ümumi ərazisi 0,50 hektar, tikinti altında olan sahə 812m2 -dir.Mərkəzdə 1 brifinq zalı, 6 inzibati otaq və yardımçı otaqları mövcuddur. 335m2 sahəsi olan ekspozisiya zalı 14 bölməyə ayrılmışdır. Həmin bölmələrdə Ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən 340-dan artıq eksponat cəmlənmişdir. Bunlar tarixi sənədlər, Ulu öndərin həyat fəaliyyəti haqqında kitablar və fotoşəkillərdən ibarətdir. Ümumilikdə Mərkəzdə 550-dən artıq eksponat mövcuddur. Heydər Əliyev Mərkəzinin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02.03.2007-ci il tarixdə Qəbələ rayonuna səfəri zamanı rəsmi açılışı olmuşdur. Mərkəzdə bacarıqlı əllər dərnəyi, komputer kursları, musiqi dərnəyi, rəsm studiyası və elektron kitabxana fəaliyyət göstərir. Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin Qəbələ rayonuna səfərləri ilə bağlı materialların toplanması və ulu öndərlə bağlı xatirələrin yazıya alınması məqsədi ilə tədqiqat qrupu yaradılmışdır. Mərkəzdə 12 nəfər işçi çalışır. İl ərzində orta hesabla  mərkəzin 4500-dən çox ziyarətçisi olur.

Əlaqə: (024) 205-28-30

Keçidlər