Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Konqres Mərkəzi

Bina 3 mərtəbə və 4.2 m dərinliyində zirzəmidən ibarətdir. Hər mərtəbənin hündürlüyü 6.9 m-dir. Mərkəzin birinci mərtəbəsində danışıq üçün zallar, qarderob, artistlər üçün otaqlar, 350 yerlik restoran, administrator otaqları, geniş foye, liftlər üçün xoll, sanitar qovşaqları və dəhliz yerləşir. Mərkəzin ikinci mərtəbəsində çox funksiyalı 1200 yerlik konfrans zalı, 92 m2 səhnə, VİP otaqları, mühafizə otaqları, artistlər və media işçiləri üçün otaqlar və geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər (konsert, iclas və s.) üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayancaq (5769 m2), mediya işçiləri üçün otaq və foye yerləşir. Binada 18 m-lik ekskalator, həmçinin liftlər quraşdırılmışdır. Mərkəzin ərazisində 140 yerlik yeraltı qaraj mövcuddur. Qaraj iki hissədən ibarətdir. I hissədə minik avtomobillərinin, II hissədə isə avtobusların yerləşdirilməsi nəzərdə tutulub. Ərazidə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 avqust  2013-cü il tarixdə Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.

Keçidlər