Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Aqşin Ənvərliyə həsr olunmuş “Ömrün şəhidlik zirvəsi” adlı tədbir keçirilmişdir

14 oktyabr 2021 | 06:00

13 oktyabr 2021-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində  Vətən Müharibəsi şəhidi, vaxtı ilə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi olmuş baş leytenant Aqşin Ənvərlinin xatirəsinə  həsr olunmuş “Ömrün şəhidlik zirvəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət mərkəzinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi, valideynləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Çıxış edənlər həkim şəhidin həyatı, fəaliyyəti və döyüş yolu haqqında geniş məlumat vermiş, məktəblilərin ifasında qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlərdən ibarət ədəbi-bədi kompozisiya səsləndirilmiş və videoçarx nümayiş olunmuşdur. Sonda Aqşin Ənvərlinin hələ məktəbli ikən çəkdiyi rəsm əsərlərinin, eyni zamanda Qəbələ rayonundan olan  II Qarabağ Müharibəsi şəhidlərinin fotolarının nümayiş olunduğu sərgiyə baxış keçirilmişdir.

Keçidlər